Medvedçuk Putin və Zelenskiyə müraciət etdi - "Məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin"

 14:38 18.04.2022     640

Dövlətə xəyanətdə şübhəli bilinən, bu yaxınlarda Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən yaxalanan kraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədriViktor Medvedçuk Ukrayna prezidenti Vladimir Zelenskiyə və onun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Redaktor.az xəbər verir ki, videomüraciəti Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.

Medvedçuk Zelenski və Putindən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişdirməyi xahiş edib.

“Mən, Viktor Vladimiroviç Medvedçuk, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, məni Mariupolun müdafiəçiləri və bu gün orada olan sakinlərinin humanitar dəhliz vasitəsilə təhlükəsiz çıxışın mümkünlüyü ilə bağlı onlarla mübadilə etmək xahişi ilə müraciət etmək istəyirəm”, - Medvedçuk bildirib.

SBU qeyd edib ki, Rusiya Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. İşğalçılar mülki əhalini bombalayır, şəhərə humanitar yardımın çatdırılmasına mane olur, ukraynalıları zorla Rusiya Federasiyası ərazisinə aparır və şəhəri qəsdən yerlə-yeksan edirlər.

Müxtəlif hesablamalara görə, şəhərdə 120 minə yaxın mülki şəxs var. Onu Azov alayının və 36-cı dəniz piyadaları briqadasının əsgərləri müdafiə edir.

Xatırladaq ki, aprelin 12-də axşam Vladimir Zelenski bildirib ki, SBU xüsusi əməliyyat nəticəsində Viktor Medvedçuku saxlayıb. Daha sonra dövlət başçısı Rusiyaya əsir götürülən ukraynalıları Putinin saxlanılan xaç atası ilə dəyişməyi təklif edib.

Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir.

2021-ci il mayın 12-də deputata işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlət sirrinin açıqlanması ilə bağlı dövlətə xəyanət və müharibə qanunlarını və adət-ənənələrini pozma (CM-nin 111-ci və 438-ci maddələri) və Ukraynaya qarşı təxribatçı fəaliyyətlər həyata keçirmə ittihamı irəli sürülüb.

Həmin ilin oktyabrında Medvedçuk “kömür işi” adlanan işdə (Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şəriklikdə yeni şübhəli elan edilib. Dövlət İstintaq Bürosu bir qrup Ukrayna vətəndaşının müvəqqəti işğal olunmuş ərazilərdən kömür tədarükü və “LPR” və “DXR” terror təşkilatlarına yardım göstərilməsi üzrə cinayət sxemini araşdırır. Hüquq-mühafizə orqanları Medvedçukun “kömür işi” üzrə fəaliyyətini hələ 2016-cı ildə sənədləşdirməyə başlayıb.

27 fevral 2022-ci ildə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Medvedçukun ev dustaqlığından qaçdığını elan edib.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən