Ukraynada daha bir rusiyalı polkovnik öldürüldü - FOTO

 16:19 18.04.2022     623

Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir.

2
Vumart və Güvən reklamı Vumart Güvən