Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru öldü

 18:33 18.04.2022     417

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ordu generalı Vyaçeslav Trubnikov 79 yaşında ölüb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

V.Trubnikov 1943-cü il aprelin 25-də Rusiyanın İrkutsk vilayətində anadan olub. 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya xarici işlər nazirinin birinci müavini, 2004-2009-cu illərdə Rusiyanın Hindistandakı səfiri işləyib.

Qeyd edək ki, o, 1971-1977-ci illərdə “Novosti” xəbər agentliyinin müxbiri adı altında Hindistan və Banqladeşdə uzunmüddətli ezamiyyətdə olub.

Vumart və Güvən reklamı Vumart Güvən