Xarkovun yaşayış məntəqələri rus işğalçılarından AZAD EDİLDİ

 19:16 18.04.2022     574

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik aprelin 18-də keçirdiyi brifinqdə məlumat verib.

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Əlavə məlumat verə bilmərəm", - o deyib.

A.Motuzyanik bildirib ki, məhz Slobojanski istiqamətində İzyum şəhəri və onun ətrafı rus bölmələrinin ən çox cəmləşdiyi yerlərdir: "Məhz oradan onlar şərqə doğru hücumu intensivləşdirməyə çalışacaqlar".

Vumart və Güvən reklamı Vumart Güvən