Türkiyədən Quranın yandırılmasına REAKSİYA

 20:02 18.04.2022     599

Türkiyə İsveçdə İslamın müqəddəs kitabı olan "Qurani-Kərim"in yandırılması cəhdini şiddətlə qınayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

"Bu iyrənc hücumlar keçmişdən dərslər alınmadığını, islamofob və irqçi hərəkətlərin qarşısının alınmasında hələ də tərəddüdlərin olduğunu, ifadə azadlığı adı altında nifrət cinayətlərinə açıq və aşkar şəkildə dözümlə yanaşıldığını göstərir. Türkiyə İslamofob və irqçi zehniyyətin yaratdığı təhlükəyə qarşı mübarizəsini davam etdirəcək", - deyə açıqlamada bildirilir.

Ankara məsul şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Vumart və Güvən reklamı Vumart Güvən