Rusiya hücuma keçdi - Mariupolda küçə döyüşləri gedir

 21:25 18.04.2022     512

Rusiya qoşunları Donbasda hücum əməliyyatına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk hesabında məlumat verilib.

Qeyd olunub ki, hazırda rusların sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir.

Məlumatda, həmçinin bildirilib ki, Mariupol uğrunda qızğın döyüşlər gedir, Rusiya hərbçiləri dəniz limanı ərazisində hücum əməliyyatları aparır.

Vumart və Güvən reklamı Vumart Güvən