Bill Qeytsin proqnozu: "Yeni virus yayılacaq"

 21:53 18.04.2022     332

Dünyanın ən varlı adamlarından Bill Qeyts Britaniyanın “Daily Star” qəzetinə verdiyi müsahibədə bildirib ki, gələcəkdə çiçək xəstəliyi terrorçular tərəfindən bioloji silah kimi istifadə oluna bilər.

Redaktor.az xəbər verir ki, B. Qeyts həmçinin Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) milyard dollarlıq Pandemiya İşçi Qrupunun yaradılmasını təklif edib.

İş adamı “dünyanı xilas edəcək” layihənin adının “GERM” olduğunu açıqlayıb.

Sözügedən layihə növbəti epidemiyanın qarşısını almaq üçün nəzərdə tutulub.

Qeyts vurğulayıb ki, lazımi addımlar atılsa, yeni pandemiyanın qarşısını almaq olar. Məhz 3000 nəfərlik “GERM” komandası bunun üzərində işləyəcək. Qeytsin planına görə, komandaya ildə 1 milyon dollar sərmayə qoyulacaq. Hələlik komanda 3 min nəfərdən ibarət olacaq.

Komanda üzvlərinə epidemioloqlardan tutmuş alimlərə, diplomatiya ekspertlərindən tutmuş kommunikatorlara qədər bir çox müxtəlif iş sahələrindən olan insanlar daxil olacaq. Komanda əvvəlcədən işə başlayacağı üçün mümkün epidemiya halında epidemiya pandemiyaya çevrilməmiş vəziyyəti xilas edəcək.

Eyni zamanda, komanda üzvləri daim operativ olacaq, hadisələrə dərhal reaksiya veriləcək. Bill Qeyts bu komandaya əlavə olaraq daha çox sərmayə qoyacağını və səhiyyə sistemlərinə dəstək verəcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən