Kiyev üçün təhlükə aradan qaldırıldı - Valeri Zalujnı
Ukraynanın paytaxtı Kiyev üçün təhlükə aradan qaldırılıb.
Redaktor.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
"Biz Ukraynanın paytaxtı - Kiyev şəhəri üçün birbaşa təhlükəni aradan qaldıra bildik. Bununla belə, raket və bomba hücumları təhlükəsi bütün ölkə üçün qalır", - Zalujnı deyib.












