ABŞ ukraynalılara bu silahdan istifadə etməyi öyrədəcək
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Keçən həftə ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım elan edib. Hərbi yardıma özüyeriyən artilleriya qurğuları da daxildir.
Agentlik bildirib ki, artilleriya təlimi Ukraynadan kənarda keçiriləcək.
Birləşmiş Ştatlar ukraynalı təlimçilərə artilleriya qurğuları və radarlar kimi yeni silah partiyalarından necə istifadə etməyi öyrətməyi, sonra isə təlimçilərə Ukrayna daxilindəki həmkarlarına təlimat verməyi planlaşdırır.












