Kriştianu Ronaldo övladını itirdi

 22:36 18.04.2022     437

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Hələ oktyabr ayında “Mançester Yunayted”in hücumçusu Corcina Rodrigezlə əkiz uşaq gözlədiklərini açıqlamışdı. Sonradan məlum olub ki, əkizlərdən biri oğlan, digər isə qız olacaq.

“Çox kədərlə balaca övladımızın vəfat etdiyini bildiririk. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir az da ümid və sevinclə yaşamaq üçün güc verir”, - futbolçu “Instagram”da yazıb.

O, həkimlərə və tibb bacılarına kömək və dəstəyə görə təşəkkür edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən