"Buça və İrpində baş verənlər danışıqlar prosesinə kölgə saldı" - Türkiyə prezidenti

 23:06 18.04.2022     437

Tərəflər nəzərə çarpacaq irəliləyiş əldə etmişkən, Buça və İrpindən gələn görüntülər, Kramatorskda mülki insanların hədəfə alınması atılan addımlara kölgə saldı.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən səmimi şəkildə inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti, dialoq yolu ilə problemin həlli tapıla bilər” – deyə Ərdoğan vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən