Türkiyəni qana boyayacaqdılar - MİT xüsusi əməliyyatla yaxaladı
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada uğurlu əməliyyat keçirib.
Redaktor.az TRT-yə istinadən xəbər verir ki, əməliyyat zamanı Türkiyədə terror aktları planlaşdıran iki İŞİD terrorçusu saxlanılaraq Ankaraya gətiriliblər.
Orxan Moran və Mustafa Kılıçlı adlı terrorçuların həmçinin Suriyadakı Türkiyə ordusu birləşmələrinə qarşı da terror aktları planlaşdırdığı qeyd olunub.












