Ukraynada öldürülən rus generalların sayı AÇIQLANDI

 09:06 19.04.2022     503

Rusiya ordusunun Ukraynadakı döyüşlərdə həlak olan yüksək rütbəli zabitlərinin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən başlayan hərbi əməliyyatlar zamanı Rusiya ordusunun 24 ali nümayəndəsi məhv edilib.

İlkin məlumata görə, həlak olanlardan ikisi general-leytenant, altı nəfər general-mayordur. Bundan başqa, Rusiya qoşunlarının 16 polkovniki döyüşlərdə zərərsizləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən