Rusiya dəniz piayadalarının bütün briqadaları Ukraynada itki verib
"Ukraynada Rusiya dəniz piyadalarının bütün briqadaları itki verib".
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Conflict Intelligence Team (CIT) analitik qrupunun hesabatında deyilir.
"Ukraynada itki verməyən Rusiya dəniz piyadalarının heç bir briqadası qalmayıb. Onların itkiləri Moldovaya növbəti hücumla bağlı şayiələr fonunda nəzərə çarpır. Əgər döyüşə hazır birləşmələr böyük ölçüdə itirilirsə, Moldova, Polşa və ya Baltikyanı ölkələrə hücum etmək üçün heç nə qalmayacaq" - hesabatda bildirilir.
Analitiklər dəniz piyadalarının Rusiyanın ən döyüşə hazır və təlim keçmiş bölmələrindən biri olduğuna diqqət çəkirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ukraynalı müdafiəçilər artıq 20,6 minə yaxın rus işğalçısını məhv ediblər.
Bundan əlavə, 790 tank, 2,41 zirehli döyüş maşını, 381 artilleriya sistemi, 130 reaktiv yaylım atəşi sistemi, 67 hava hücumundan müdafiə sistemi, 167 təyyarə, 147 helikopter, 1487 nəqliyyat vasitəsi, 8 gəmi/qayıq, 76 tank, 27 ədəd xüsusi texnika və 4 əməliyyat-taktiki raket sistemləri/taktiki raket kompleksləri məhv edilib.
T.İSMAYIL












