"Ukrayna Ordusu Mariupolda sonadək vuruşacaq”

 10:12 19.04.2022     274

Ukrayna Ordusu mühasirədə qalmış liman şəhəri Mariupolun müdafiəsini davam etdirirlər və Rusiya qoşunlarına qarşı sonadək vuruşacaqlar.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal ABŞ-ın “ABC” telekanalına müsahibəsində deyib.

O, Rusiyanın Mariupolun təslim olması üçün bazar gününədək verdiyi son tarixə məhəl qoyulmadığını deyib:

“Şəhər hələ də təslim olmayıb. Orada hələ də bizim hərbi qüvvələrimiz, bizim əsgərlərimiz var və onlar sonadək vuruşacaqlar. Onlar indi də Mariupoldadırlar”.

Vumart və Güvən reklamı Vumart Güvən