Türkiyə ordusu şəhid verdi

 10:52 19.04.2022     403

Türkiyənin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, baş leytenant Ömer Delibaş terrorçular tərəfindən yerləşdirilən əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan Delibaşın həyatını xilas etmək mümkün olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən