Yunanıstan Rusiyadan qaz idxalını tam dayandıracaq

 15:05 19.04.2022     288

Yunanstan Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmağa hazırlaşır.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Revitus adasında maye qaz terminalının açılışında bildirib.

O, həmçinin deyib ki, hökumət və DESFA qaz nəqli sisteminin operatoru əlavə maye qaz anbarı tikməyi planlaşdırır. Hazırda açılışı olan terminal Yunanıstanda yeganə LNG terminalıdır. O, ölkədə və bütün cənub-şərqi Avropa regionunda ən mühüm enerji infrastrukturlarından biridir.

Vumart və Güvən reklamı Vumart Güvən