"Hamının ölməyini gözləməyin” - Tramp

 15:52 19.04.2022     223

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturmağa və kompromis tapmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

“Rusiya və Ukraynanın oturub hansısa razılaşma əldə etməməsi məntiqli deyil. Əgər onlar bunu tezliklə etməsələr, ölüm, dağıntı və qırğından başqa heç nə qalmayacaq”, - deyə Tramp bildirib.

Onun fikrincə, Rusiyanın “xüsusi əməliyyatı” heç vaxt baş verməməli olan müharibədir.

ABŞ-ın keçmiş rəhbəri hesab edir ki, münaqişədən çıxış yolu "hamı öləndən əvvəl" tapılmalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən