“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, güclü olmalıyıq” - Çavuşoğlu
"Münaqişələrin əksəriyyəti islam coğrafiyasındadır".
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, bildirib ki, Ramazan ayında islam düşmənçiliyi, irqçilik artmaqdadır və terrorla bağlı ikili standartlar var.
“Bu gün Rusiya-Ukrayna müharibəsi göstərdi ki, biz güclü olmalıyıq”, - Çavuşoğlu vurğulayıb.
XİN başçısı diqqətə çatdırıb ki, tarixən Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman çox güclü olublar.
Nazir xatırladıb ki, Qarabağ münaqişəsi Azərbaycanın Zəfəri ilə başa çatıb.












