"Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər dünya sanksiyaları sərtləşdirəcək" - Stoltenberq

 22:44 19.04.2022     296

Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər dünya sanksiyaları sərtləşdirəcək.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Qərb liderləri arasında Ukraynadakı vəziyyətlə bağlı videokonfransda danışıb.

Stoltenberq həmkarlarını alyansın müdafiəsinin gücləndirilməsinə yönəlmiş işlər barədə məlumatlandıraraq qeyd edib ki, NATO üzv ölkələri qorumaq və müdafiə etmək üçün lazım olan hər şeyi edəcək.

O, həmçinin alyansın Ukraynaya gələcək hərbi, iqtisadi və humanitar yardımların göstərilməsi üzrə səyləri barədə videokonfrans iştirakçılarını məlumatlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən