Ukraynada rusların daha 1 təyyarə, 1 helikopteri MƏHV EDİLDİ

 09:37 20.04.2022     402

"Son 24 saat ərzində Donetsk və Luqansk bölgələrində rus işğalçılarının on hücumu ləğv edilib, on iki tank məhv edilib, iyirmi səkkiz zirehli və iki ədəd zirehli texnika, bir artilleriya sistemi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gündə doqquz hava hədəfini - bir təyyarə, bir helikopter, 6 müxtəlif tipli PUA və kruiz raketi vurub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən