Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başladı

 17:02 20.04.2022     394

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb.

Redaktor.az xəbər verir ki, parlament Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkədə NATO-ya siyasi və ictimai dəstəyin artması ilə əlaqədar alyansa üzvlüklə bağlı müzakirələrə başlayıb.

Finlandiyanın Baş naziri Sanna Marin ölkəsinin üzvlük üçün müraciət edib-etməyəcəyi məsələsinə həftələr ərzində qərar verəcəklərini bəyan edib.

Ölkə mediası hazırda Finlandiyanın 200 deputatının təxminən yarısının NATO-ya üzvlüyü dəstəklədiyini, yalnız 12 deputatın buna qarşı olduğunu bildirir.

Vumart və Güvən reklamı Vumart Güvən