Polşada mədəndə güclü partlayış - 5 nəfər öldü

 17:17 20.04.2022     341

Polşanın cənub-qərbində “Pnevek” kömür mədənində metan qazının partlaması nəticəsində 5 mədənçi həlak olub.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Mateuş Moraveçki açıqlayıb.

Məlumata görə, mədəndə iki partlayış qeydə alınıb.

Onun sözlərinə görə, 20-dən çox insan ağır xəsarət alıb.

Bildirilir ki, birinci partlayış gecə baş verib. Nəticədə bir neçə mədənçi dağıntılar altında qalıb. Xilasetmə əməliyyatı zamanı ikinci partlayış olub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən