Zelenski Kiyevdə Şarl Mişeli belə qarşıladı - VİDEO
"Ukraynanın böyük dostu - Avropa Şurasının prezidenti Şarl Mişel bu gün Kiyevdə".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbuk hesabında yazıb.
"Biz Rusiyaya qarşı sanksiyalar, dövlətimizə müdafiə və maliyyə dəstəyini və Avropa İttifaqı meyarlarına riayət edilməsi ilə bağlı sorğuya cavabları müzakirə etdik. Ukrayna xalqı ilə mənalı görüş və həmrəyliyə görə təşəkkür edirəm!", - deyə dövlət başçısı yazıb.
T.İSMAYIL












