Lavrovla Çavuşoğlu "3+3" formatını müzakirə etdilər
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Nazirlər “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə vermək niyyətlərini bir daha təsdiqləyiblər.












