“Ukraynaya heç bir sənəd təqdim edilməyib” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən Ukraynadakı münaqişənin nizamlanmasına dair verilmiş sənədi görmədiyini deyib.
Redaktor.az xəbər verir ki, bu barədə o mətuat konfransında bildirib. Onun sözlərinə görə, bu barədə heç nə eşitməyib, görməyib, Ukraynaya heç nə verilməyib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, danışıqlar prosesində Ukrayna tərəfinə dəqiq ifadə edilmiş sənəd layihəsi təqdim olunub.












