Almaniyadan Ukraynaya maraqlı hərbi DƏSTƏK
Almaniya Sovet istehsalı texnikaları olan Şərqi Avropa ölkələrini yeni hərbi texnika ilə təmin edəcək, bunun qarşılığında bu ölkələrdən Sovet texnikalarını Ukraynaya verməyi tələb edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya Ukraynaya sursat tədarük edəcək və Ukrayna hərbçiləri üçün təlimlər təşkil edəcək.
Bildirilir ki, Almaniya Hollandiya tərəfindən Ukraynaya göndərilən PzH 2000 özüyeriyən artilleriya sistemi üçün də sursat verəcək.
Almaniya kansleri Olaf Şolz aprelin 19-da bildirib ki, ölkəsi Ukraynanın birbaşa alman şirkətlərindən silah ala bilməsi üçün çalışır. Lakin bu gün Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Almaniya öz ehtiyatlarından Ukraynaya ağır silahların tədarükünü nəzərdən keçirmir.












