Kanadada qadını relslərin üzərinə itələdilər – FOTO/VİDEO

 22:57 20.04.2022     1585

Metroda qatar gözləyən qadın başqa bir sərnişin tərəfindən platformadan itələnib.

Redaktor.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, hadisə Kanadanın Toronto şəhərində “Bloor-Yonge” stansiyasında baş verib.

Sərnişinlərin köməyi ilə zərərçəkən qadın qatar gəlməmiş platformaya çıxa bilib.

Müşahidə kameralarının qeydlərini götürən polis şübhəlini dərhal saxlayıb. Məlum olub ki, bu, Edit Freyn adlı 45 yaşlı qadındır.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən