"Bəzi ölkələr Ukraynada gedən müharibənin davam etməsini istəyir" - Çavuşoğlu
Bəzi ölkələr Ukraynada gedən müharibənin davam etməsini istəyir.
Redaktor.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTürk” kanalına müsahibəsində deyib.
Diplomat qeyd edib ki, məhz bu faktor və Ukraynanın bəzi şəhərlərindən olan qırğın görüntüləri problemin dialoq və danışıqlar yolu ilə həllini dayandırıb.












