“NATO Mariupoldakı təxliyyə əməliyyatına cəlb oluna bilər” - Viktoriya Nuland
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland çərşənbə günü CNN-ə bildirib ki, NATO ölkələri Mariupoldan insanların evakuasiyasına cəlb oluna bilər.
Redaktor.az-ın məlumatına görə, o, deyib ki, Rusiyanın mülki əhalinin və yaralı hərbçilərin çıxarılmasına icazə verməsilə bağlı müəyyən ümidlər var. Bu baş verərsə, NATO müttəfiqləri də işə cəlb olunacaq.
Eyni zamanda, Nuland ABŞ-ın belə bir əməliyyatda iştirak etməyə hazır olub-olmadığını cavablandırmayıb.












