Braziliya karnavalı rəsmən başladı
Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Eduardo Paez çərşənbə günü karnavala rəsmən start verib.
Redaktor.az xəbər verir ki, mərasim bələdiyyə sarayının bağçasında baş tutub.
Ənənəyə görə, prefekt şəhərin simvolik açarını karnaval kortejlərinin kralı Momoya təhvil verib.
Ənənəvi olaraq, karnaval bayramı yanvar və fevral aylarında keçirilsə də, bu il “Omikron” ştamının yayılması səbəbindən gecikib.












