Ukraynadakı Rusiya hərbçilərinin sayı AÇIQLANDI
Hazırda Ukrayna ərazisində olan Rusiya hərbçilərinin sayı açıqlanıb.
Redaktor.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç məlumat verib.
“Hazırda Ukraynada 90 min civarında Rusiya hərbçisi var”, - deyən Ukrayna rəsmisinin sözlərinə görə, təqribən daha 22 min nəfər isə sərhədboyu “kollarda” gizlənib.












