Bayden Ukraynadakı vəziyyətlə bağlı yeni bəyanat verəcək
ABŞ Prezidenti Co Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni bəyanat verəcək.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, onun çıxışı barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Co Bayden aprelin 21-i səhər saatlarında (Bakı vaxtı ilə 17.45-də) Vaşinqtonda çıxış edəcək.
"Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək", - Ağ Evdən bildirilib.












