Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 10:04 21.04.2022     273

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə nəticəsində 208 uşaq ölüb, 376-sı isə xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumata görə, uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən