Rusiyanın Ukraynadakı itkilərinin son statistikası - 21000 hərbçi, 172 qırıcı...
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 21000-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 829 ədəd tankı, 2 118 ədəd zirehli döyüş maşını, 393 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 172 ədəd hərbi təyyarəsi, 151 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 166 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.












