Makron Kiyevə getməyə hazırdır

 12:35 21.04.2022     221

“Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfər etməyə hazırdır. Lakin bu səfər həll baxımından tərəqqiyə töhfə verə biləcəyi zaman mümkün olacaq”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.

O, bununla belə bu səfərin Makronun yenidən prezident seçilməsindən sonra ilk səfər olacağı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Vumart və Güvən reklamı Vumart Güvən