Rusiya üç ölkənin konsulluqlarını bağlayır

 15:07 21.04.2022     203

Rusiya Latviya, Litva və Estoniyanın Sankt-Peterburq şəhərində yerləşən Baş konsulluqlarını bağlayır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Rusiya, həmçinin Latviyanın Pskov şəhərindəki konsulluğunu və Estoniyanın Baş konsulluğunun ofisini bağlayacaq.

Bildirilir ki, sözügedən konsulluqların əməkdaşları “arzuolunmaz şəxs” elan olunub

Vumart və Güvən reklamı Vumart Güvən