Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan EDİLDİ
ABŞ Rusiya ilə əlaqəsi olan gəmilərin ölkənin limanlarına daxil olmasını qadağan edir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyanat verib.
Bundan əlavə ABŞ prezidenti ölkəsi tərəfindən Ukraynaya daha 1,3 milyard dollarlıq yardım ayrılacağını bildirib.
O, bu vəsaitin 800 milyon dollarlıq hissəsinin hərbi, yerdəqalan məbləğin isə iqtisadi sahəyə yönəldiləcəyini qeyd edib.
Mənbə: TRT












