"Çin liderində demokratiklikdən əsər-əlamət yoxdur" - Co Bayden

 09:16 22.04.2022     307

Hazırda avtokratlar və demokratların mübarizəsi gedir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Prezidenti Co Bayden Demokrat partiyasının Sietl şəhərində (Vaşinqton ştatı) təşkil olunan tədbirində dilə gətirib.

“Düşünürəm ki, 2020-ci ildən bu yana demokratlar və avtokratlar arasında qızğın mübarizə gedir” - deyən dövlət başçısının sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpində demokratiklikdən əsər-əlamət yoxdur.

ABŞ lideri diqqətə çatdırıb ki, Çin rəhbəri prezident seçkilərində qalib gəldikdən sonra ona zəng edib və aralarında telefon danışığı 3 saat davam edib.

Bəzi ölkələrin NATO-nu parçalamaq istəyindən də danışan Bayden onların ümidlərinin puça çıxdığını və əksinə, alyansa Finlandiya və İsveç kimi ölkələrin alyansa qoşulmaq istəyində olduğunu bildirib.

ABŞ-da yanacağın qiymətlərinin qalxması və inflyasiya məsələsinə də toxunan prezident bildirib:

“İnsanlar bir-birinə çox qəzəblidir və nə edəcəklərini bilmirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən