Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 21200 hərbçi, 176 qırıcı...
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk səhifəsində bildirilib.
Məlumata görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 838 tankı, 2162 zirehli döyüş maşını, 397 artilleriya sistemi, 138 reaktiv yaylım atəşi sistemi, 69 havadan müdafiə sistemi, 176 hərbi təyyarəsi, 153 helikopteri, 1523 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 172 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.
Eyni zamanda, Rusiya tərəfinin 21 200-ə yaxın canlı qüvvəsi zərərsizləşdirilib.
T.İSMAYIL













