"Putin və Zelenski ilə danışıqlarımız olacaq" - Ərdoğan

 15:55 22.04.2022     242

Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra gündəmlə bağlı mühüm açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Ərdoğan Ukrayna-Rusiya danışıqlarının gedişatından söz açaraq, nəticələrin müsbət olduğunu deyib.

"Nəticə müsbətdir. Amma təbii ki, bu, tam bizim istədiyimiz kimi deyil. Hər şey daha yaxşı olacaq. Biz ümidsiz deyilik. Putin və Zelenski ilə danışıqlarımız olacaq. Biz İstanbulda prosesi liderlər səviyyəsində həyata keçirmək istəyirik", - deyə Prezident Ərdoğan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən