Fransa Ukraynaya ağır artilleriya göndərəcək
Fransa Ukraynaya "Sezar" adlı özüyeriyən artilleriya qurğuları tədarük edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Ouest-France” qəzetinə verdiyi müsahibədə bildirib.
"Biz koordinasiyalı hərəkət ediri. Dünən kansler Şolzla bu barədə danışdım. "Sezar" kimi mühüm avadanlıq və müxtəlif silahlar çatdırırıq. Hesab edirəm ki, biz bu yolu davam etdirməliyik", - deyə o bildirib.
155 mm-lik çaplı bu atilleriya sistemi daha əvvəl İraqda İŞİD-ə qarşı mübarizə çərçivəsində istifadə edilib. Sistem 40 kilometrə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilir. Artilleriya qurğusu dəqiqədə 6-8 sursat atmağa qadirdir.
“Ouest-France” qəzetinin yazdığına görə, Fransa ordusu Ukraynaya öz inventarından 12 ədəd "Sezar" sistemi çatdıracaq.












