Daha bir ölkə Ukraynaya silah göndərir

 21:57 22.04.2022     409

Belçika Ukraynaya minlərlə pulemyot və tank əleyhinə silahlar verəcək.

Redaktor.az-ın RTBF-yə istinadla məlumatına görə, Baş nazir Alexander De Kroo bildirib ki, Ukraynaya 200 tank əleyhinə silah, 3 800 ton yanacaq və qoruyucu vasitələr gətiriləcək.

Qeyd edək ki, mart ayında Belçika hökuməti Ukrayna üçün 11 milyon avro dəyərində silahların alınmasını təsdiqləyib.

Bundan əvvəl İspaniya Ukraynaya 200 ton sursat və iyirmi zirehli maşın göndərmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən