Ərdoğan Niderlandın Baş naziri ilə Ukraynanı müzakirə etdi

 22:24 22.04.2022     632

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya böhranı, eləcə də Türkiyə-Niderland münasibətləri müzakirə edilib.

Prezident Ərdoğan Ukraynada gərginliyin aradan qaldırılması istiqamətində göstərilən səylərdə İstanbul danışıqlarının ən etibarlı və qısa çıxış yolu xüsusiyyətini hələ də qoruduğunu vurğulayıb.

Başda humanitar dəhlizlərlə bağlı həm Rusiya, həm də Ukrayna səlahiyyətliləri ilə danışıqlarını davam etdirdiklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qarşıdurmanın dayandırılması və bu böhranın qlobal təsirlərinin azaldılması üçün atılacaq addımlarla bağlı səyləri davam etdirməyin faydalı olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən