Rusiya onları "xarici agentlər" ELAN ETDİ

 23:15 22.04.2022     2243

Rusiya Ədliyyə Nazirliyi martın əvvəlində bağlanan “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov, jurnalistlər Aleksandr Nevzorov və Sergey Parxomenkonu xarici media agentlərinin reyestrinə daxil edib.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, onlardan əlavə daha beş nəfər reyestrə daxil edilib.

Reyestrə həmçinin daxildir: Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbinin (Şaninka) Sosial Elmlər Fakültəsinin dekanı Viktor Vaxşteyn, LGBT fəalı Yaroslav Sirotkin, jurnalistlər Artur Asəfiyev, Yekaterina Luşnikova və “Fond 19/29” araşdırmaçı jurnalistlər icmasının eksperti Vladimir Voronov.

Vumart və Güvən reklamı Vumart Güvən