Rusiya MN “Moskva” gəmisində ölən və itkin düşənlərin sayını AÇIQLADI

 23:36 22.04.2022     2942

Rusiyanın “Moskva” raket kreyserində aprelin 13-də baş vermiş yanğın nəticəsində bir hərbçi ölüb, daha 27 ekipaj üzvü itkin düşmüş sayılır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

"Aprelin 13-də baş vermiş yanğın nəticəsində "Moskva" raket kreyseri döyüş sursatının partlaması nəticəsində ciddi zədələnib. Ekipajın yanğını söndürmək cəhdləri nəticə verməyib. 396 nəfər kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib və Sevastopola təhvil verilib”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən