Almaniya Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır

 23:57 22.04.2022     280

Almaniya kansleri Olaf Şolts “Spiegel”ə müsahibəsində deyib ki, Almaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.

Redaktor.az xəbər verir ki, o, hazırda atəşkəsə nail olmaq və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması vacibliyini bildirib.

Kansler bəyan edib ki, müvafiq razılaşma ilə təmin olunmayan “soyuq sülh” Rusiyanı beynəlxalq sanksiyalardan azad etməyəcək.

“Rusiya çox çətin vəziyyətdədir. Sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurur”, - deyə Şolts əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən