Türkiyə ordusunun daha bir hərbçisi şəhid oldu

 09:21 23.04.2022     485

İraqda keçirilən əməliyyat zamanı Türkiyə ordusunun daha bir hərbi qulluqçusu şəhid olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, "Pençe-Kilit" əməliyyatında iştirak edən leytenant Bəkir Can Kerek həlak olub.

Bundan əvvəl nazirlik daha bir hərbçinin həlak olduğunu açıqlamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən