Kanada Ukraynaya ağır artilleriya yolladı
Kanada Ukraynaya ağır artilleriya təchiz edib.
Redaktor.az “Ria Novosti“yə istinadən xəbər verir ki, bu barədə Kanada MN məlumat yayıb.
Sənəddə göstərilir ki, Kanada Ukrayna ordusuna 155 mm-lik M777 haubitsaları və müvafiq sursat verib. Haubitsaların atəş məsafəsi 30 kilometrdir.
Ottava eyni zamanda Ukraynaya zirehli maşın verilməsi və PUA-lara texniki xidmət mnəsələsini müzakirə edir. Bir müddət əvvəl ölkə Ukraynaya tank əleyhinə qumbaralar verib.












