Fransa Ukraynaya hərbi yardımı artırır

 10:45 23.04.2022     304

Fransa Ukraynaya hərbi yardımı gücləndirir.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Ouest France" nəşrinə müsahibəsində deyib.

Makron qeyd edib ki, ölkəsi "Milan" tank əleyhinə raket komplekslərini və "CAESAR" özüyeriyən artilleriya sistemlərini Kiyevə ötürür. Fransa lideri silahların Ukraynaya verilmə tarixini açıqlamayıb.

Emmanuel Makron Fransa prezidentliyinə namizədlər arasında teledebatda deyib ki, yenidən seçiləcəyi təqdirdə, Ukraynaya dəstək və Rusiyaya təzyiq göstərməyə davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən